Əsas məzmuna keç

Hüquqi məlumat

Şəkil razılığı

İş zamanı çəkilən şəkillərdən necə istifadə etdiyimizi izah edirik.

Şəkillər nə üçün çəkilir

Briqada işdən əvvəl və sonra otaqların, problem qeydə alınan yerlərin şəklini çəkə bilər. Bu şəkillər hesabata əlavə olunur ki, işin nəticəsini özünüz görəsiniz.

Hesabatdakı şəkillər

Hesabatdakı şəkilləri yalnız siz və işi üçün ehtiyacı olan əməkdaşlar görür. Hesabat linki yalnız sizə göndərilir.

Saytda göstərmək üçün razılıq

Sifariş formasında ayrıca işarə ilə razılıq versəniz, bəzi şəkilləri saytda nümunə kimi göstərə bilərik. Bu razılıq könüllüdür və qiymətə təsir etmir. Şəkillərdə ünvanınızı, ailə şəkillərini və şəxsi əşyalarınızı aydın göstərməməyə çalışırıq.

Razılığı geri götürmək

Razılığı istənilən vaxt geri götürə bilərsiniz: bizə yazın və ya zəng edin. Bundan sonra şəkillərinizi saytda göstərmirik.

Sualınız varsa

Bu sənədlə bağlı sualları aşağıdakı telefon və ya e-poçtla göndərin.

+994 99 515 85 85info@fivestarcleaning.az