Əsas məzmuna keç
İşıqlı hamam: mərmər divarlar, şüşə duş kabinəsi və taxta şkaf

Necə işləyirik

Sifarişdən hesabata qədər

Hər təmizlik eyni ardıcıllıqla gedir: təsdiq zəngi, yoxlama siyahısı üzrə otaq-otaq iş, şəkillər və sonda hesabat.

Rəqəmlərlə

yoxlama bəndi — Deep Cleaning siyahısında
73
hal: hər bəndin nəticəsi hesabatda ayrıca görünür
4
saat zəmanət: bu müddətdə bildirilən nöqsan pulsuz düzəldilir
24
hər sifarişdən sonra şəkilli hesabat: linklə və PDF-lə

Beş addımda

  1. 01

    Sifariş

    Saytda xidməti, vaxtı və ünvanı seçirsiniz və ya bizə zəng edirsiniz.

  2. 02

    Təsdiq zəngi

    Menecer zəng edib vaxtı, evin vəziyyətini və qiyməti sizinlə dəqiqləşdirir.

  3. 03

    Briqada gəlir

    Razılaşdırılmış vaxtda briqada vasitə və avadanlıqla gəlir.

  4. 04

    Otaq-otaq iş

    İş yoxlama siyahısı üzrə gedir: hər bənd işarələnir, əvvəl və sonra şəkilləri çəkilir.

  5. 05

    Hesabat və zəmanət

    İşdən sonra hesabat alırsınız. 24 saat ərzində bildirilən nöqsan pulsuz düzəldilir.

Yoxlama siyahısı

73 bənd yoxlanılır, hamısı hesabatda görünür

Otağı seçin və orada nəyin yoxlanıldığını görün.

Mətbəx

17 bənd

  • Plitənin səthinin və düymələrinin yağdan təmizlənməsi
  • Aspiratorun çöldən yuyulması, filtrinin silinməsi
  • Mətbəx önlüyünün yağ və ləkədən təmizlənməsi
  • Mətbəx masasının üst səthinin silinməsi və qurudulması
  • Qabyuyanın əhəngdən təmizlənməsi, kranın parladılması
  • Qabyuyanın süzgəcinin və ətrafının təmizlənməsi
  • Şkafların qapaqlarının silinməsi
  • Şkafların dəstəklərinin silinməsi
  • Açıq rəflərin tozdan silinməsi
  • Soyuducunun xarici səthinin və qapı rezinlərinin silinməsi
  • Sobanın xarici səthinin və qapı şüşəsinin silinməsi
  • Mikrodalğalı sobanın içinin və çölünün təmizlənməsi
  • Çaydanın, tosterin və qəhvə maşınının çöldən silinməsi
  • Yemək masasının və stulların silinməsi
  • Zibil qabının yuyulması, yeni torbanın taxılması
  • Açar və rozetkaların üzünün silinməsi
  • Döşəmənin tozsoranla təmizlənməsi və yuyulması

Keyfiyyət necə yoxlanılır

Keyfiyyət siyahı və şəkillə yoxlanılır, nəticəsi hesabatda görünür.

Yoxlama siyahısı

Hər xidmətin öz siyahısı var. Əməkdaş hər bəndi işarələyir; işarələnməyən bənd də hesabatda açıq görünür.

Şəkillər

İşdən əvvəl və sonra otaqların şəkli çəkilir. Problem qeydə alınan bəndin qeydi və şəkli də hesabata düşür.

Nəzarətçinin rolu

Premium Cleaning-də işin sonunda nəzarətçi bütün otaqları ayrıca yoxlayır. Tapılan nöqsan yerində düzəldilir, nəticə hesabata yazılır.

Hesabatda hər bəndin halı

Edildi
İş görülüb və əməkdaş bəndi işarələyib.
Aid deyil
Bu şey evinizdə yoxdur, məsələn, balkon və ya vanna.
Problem qeydə alındı
Zədə və ya çıxmayan ləkə tapılıb. Qeydi və şəkli hesabatdadır.
Qeyd olunmayıb
Əməkdaş bəndi işarələməyib. Hesabatda bu da açıq görünür.

Hesabat nümunəsinə bax

Zəmanət

İşdən sonra 24 saat ərzində bildirilən nöqsanı pulsuz aradan qaldırırıq. Bunun üçün menecerə yazın və ya zəng edin.

Təmizlikdən əvvəl nə etməli

Bir neçə sadə hazırlıq vaxta qənaət edir və briqadanın işini asanlaşdırır.

  • Qiymətli və şəxsi əşyalarZinət əşyalarını, sənədləri və pulu ayrıca yerə yığın.
  • Ev heyvanıEv heyvanınız varsa, menecerə əvvəlcədən deyin: iş vaxtı onu ayrıca otaqda saxlamaq rahat olar.
  • Giriş və açarEvdə olmayacaqsınızsa, binaya girişi və açarın təhvilini menecerlə razılaşdırın.
  • Su və işıqTəmizlik günü evdə su və işıq olsun. Kəsinti gözlənilirsə, vaxtı dəyişmək üçün xəbər verin.
  • Xüsusi istəklərHəssas səthləri, toxunulmasını istəmədiyiniz əşyaları və xüsusi diqqət istədiyiniz yerləri sifarişin qeydində yazın.

Qiyməti hesablayın və ya bizə yazın

Sifarişdən sonra menecer zəng edib vaxtı və evin vəziyyətini sizinlə dəqiqləşdirəcək.